BATE futbolçuları bütün oyunlara qara sarğı ilə çıxacaqlar

26 Sentyabr 2018 22:03 (UTC+04:00)

Borisov təmsilçisi klubun İdarə Heyətinin sədri Anatoli Kapskinin vəfatına hörmət əlaməti olaraq bu addımı atıb. Bu, Belarus çempionatının və ölkə kubokunun oyunlarına şamil olunacaq.

Belarus Futbol Federasiyası da BATE-nin müraciətinə müsbət cavab verib.

Qeyd edək ki, BATE klubunun İdarə Heyətinin sədri Anatoli Kapski 52 yaşında xərçəng xəstəliyindən vəfat edib.(report.az)

AzNews.az