Ukrayna Azərbaycanda dərman zavodu tikəcək

26 Sentyabr 2018 22:33 (UTC+04:00)

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın müstəqilliyinin 27-ci ildönümünə həsr olunan tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Aleksandr Mişenko bildirib.

Səfir qeyd edib ki, yaxın vaxtlarda Azərbaycanda "Indar" şirkətinin əczaçılıq zavodunun tikintisinə başlanacaq.

Səfir, həmçinin, yaxın vaxtlarda Bakıda Ukrayna Ticarət Evinin açılacağını da diqqətə çatdırıb.

AzNews.az