Elmar Məmmədyarov Avropa Xarici Fəaliyyət Xidmətinin Baş Katibi ilə görüşdü

26 Sentyabr 2018 23:04 (UTC+04:00)

XİN-dən AzNews.az-a verilən məlumata görə, tərəflər Aİ-Azərbaycan tərəfdaşlıq münasibətləri, Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi regional enerji və nəqliyyat layihələri üzrə geniş fikir mübadiləsi aparıb, eləcə də BMT Baş Assambleyasının 73-cü sessiyası üzrə maraq doğuran məsələləri müzakirə ediblər.

AzNews.az