Hadisəyə daha bir zərbə

27 Sentyabr 2018 08:25 (UTC+04:00)

33 yaşlı ifaçının bacısı Hülya Açıqgöz onun 12 milyon lirəlik pulunu və mal-mülkünü ələ keçirib. Belə ki, vergidən yayınmaq üçün Türkiyədəki gəlirlərini əsasən daşınmaz əmlaka yatıran və onları bacısının adına qeydiyyata salan Hadisə indi onları geri almaq üçün məhkəməyə üz tutub.

O, avtomobillərini də bacısının menecer şirkətinin üzərinə qeydiyyat etdirdiyindən Hülya onlara da əl qoyub.

AzNews.az