Prezidentliyə namizədlərin maketləri yandırıldı

1 Aprel 2013 20:25 (UTC+04:00)
Venesuelada pasxa bayramı münasibəti ilə yüz illərdir keçirilən maket yandırma mərasiminin qurbanları bu dəfə prezidentliyə namizədlər olub.

Karakasda keçirilən mərasimdə müxalifət lideri Enrike Kapriles başda olmaqla digər namizədlərin də maketinə od vuran sakinlər bununla ölkəni şər qüvvələrdən, ədalətsizlikdən qoruduqlarını deyir. Onların fikrincə müxalifətdən olan prezidentliyə namizədlər ölkədə satqınlıq və xəyanətin ən bariz təmsilçiləridir.

Ancaq buna müxalifətin də cavabı özünü çox gözlətməyib. Rejim əleyhdarları da müvəqqəti prezident Nikolas Maduro, daxili işlər naziri Nestor Revoral və sabiq vitse prezident Xorxe Rodrigezin maketlərini yandırıb.

AzNews.az