Görüşdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli Səfiri Polad Bülbüloğlu da iştirak edib.
AzNews.az Dövlət Komitəsinə istinadən bildirir ki, komitəsinin sədri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərindən danışıb, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafında diasporun rolunu vurğulayıb.
Qeyd edib ki, bu gün Rusiya Federasiyasının regionlarında Azərbaycan diaspor təşkilatlarının öz fəaliyyətini uğurla davam etdirməsi, soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası, biznes mühitində aktivliy, siyasi vəzifələrdə təmsil olunması təqdirəlayiq haldır.
Səfir Polad Bülbüloğlu isə Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündə iqtisadi əməkdaşlıqla bağlı 17 sənədin imzalandığını xatırldaraq ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqalərin uğurla inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, Moskvada görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin yubileyinin keçirilməsi, oktyabr ayında Azərbaycan məhsullarının sərgisinin təşkili və digər tədbirlər müxtəlif sahələrdə əlaqələrin uğurla davam etdirilməsinin sübutudur.
İqor Orlov Arxangelsk vilayətindəki Azərbaycan diasporunun fəaliyyətini yüksək qiymətləndirərək azərbaycanlıların vilayətin ictimai, siyasi, iqtisadi və mədəni həyatında fəal rol oynadığını vurğulayıb.
Görüşdə Azərbaycan diasporu ilə Arxangelsk vilayətinin yaxın gələcəkdə həyata keçirəcəyi birgə layihələr haqqında da müzakirələr aparılıb. Arxangelskdə “Dostluq” parkının açılması, ümummilli lider Heydər Əliyevin abidəsinin ucaldılması, qardaşlaşmış şəhərlərin olması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
AzNews.az