Elmar Məmmədyarov İƏT-in baş katibi ilə görüşdü

27 Sentyabr 2018 13:02 (UTC+04:00)

AzNews.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, tərəflər arasında İƏT-Azərbaycan əlaqələri və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları, İƏT-in Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Əlaqə Qrupu və bu çərçivədə görüləcək tədbirlər, habelə İƏT-in dünyada sülh və təhlükəsizliyin qorunmasında BMT-nin strateji tərəfdaşı kimi rolunun artması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

AzNews.az