AzNews.az xəbər verir ki, sənətçi hakim Əfqan Hacıyevin sədliyi ilə keçirilən prosesə teleqram vuraraq, iştirak edə bilməyəcəyini deyib: “İfadəmi təsdiq edirəm. Mənə dəymiş ziyan ödənililib. Təqsirləndirilən şəxslərdən şikayətçi deyiləm”.
Proses oktyabrın 4-də davam etdiriləcək.
Qeyd edək ki, Nazpəri Dostəliyeva istintaqa ilkin ifadəsində evindən 311 min manatlıq qızıl-zinət əşyası, 15 min dollar, 3 min avro və 2 min fund-sterlinq oğurlandığını deyib. İstintaq dövründə isə sənətçiyə dəyən ziyanın təqsirləndirilən şəxslərin- Ruslan Verdiyev, Yunis Hüseynli, Asif Həmidov, Cavid Əliyev və Natiq Fərəcovun valideynləri tərəfindən ödənildiyini bildirib.
Bahar RÜSTƏMLİ
AzNews.az