Dünyanı velosipedlə gəzən macar Ağdamda - Video

27 Sentyabr 2018 14:56 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Zoltan Magony adlı səyahətçi Ağdam rayonunda olub.

O, Ağdam sakinləri ilə söhbətində səyahət etdiyi ölkələr arasında Azərbaycanı çox bəyəndiyini vurğulayıb: “Azərbaycanı öz velosipedimlə gəzirəm. Buranın özü kimi, insanları da qəşəngdir. Azərbaycanda olmaqdan həzz aldım”.

O, dünya turunun 60 günə yekunlaşaçağını deyib: “Burdan Beyləqan, Fizuliyə, sonra İrana, oradan isə İraqa gedəcəyəm”.

Bahar RÜSTƏMLİ

AzNews.az