"Qarabağ" - "Arsenal" oyununa 30 mindən çox bilet satılıb

27 Sentyabr 2018 16:12 (UTC+04:00)

AzNews.az Ağdam klubunun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, artıq 30 mindən çox bilet sahibini tapıb.

Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 70 minədək tamaşaçı tutumuna malikdir. Biletlərin qiymətləri 2 manat, 5 manat, 15 manat, 20 manat və 50 manatdır. Onları Qarabağ FK Fan-şop ("Park Bulvar"), iTicket kassaları, Sumqayıt şəhəri ("ASAN Xidmət"), "28 Mall" və "Gənclik Mall"dan almaq mümkündür.

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - ”Arsenal” oyunu saat 20:55-də başlayacaq.

AzNews.az