AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Trampın ikili dövlət qurulmasını məsləhət görməsi İsrail müdafiə naziri Aviqdor Liberman, təhsil naziri və ifrat sağ qüvvə olan Yəhudi Evi partiyası sədri Naftali Benet, mədəniyyət naziri Miri Regev və digər rəsmi şəxsləin narazılığına səbəb olub.
N. Benet Twitter mikroboloqundan yazdığı açıqlama ilə Trampın İsrailin dostu olsa da, Yəhudi Evi partiyasının hakimiyyətdə olduğu müddətdə Fələstin dövlətinin qurulmayacağını qeyd edib.
“Məni Fələstin maraqlandırmır. Məni maraqlandıran məsələ yəhudi dövlətidir. Burada bir sıra daha böyük problemlər var”, - bunu isə A.Liberman bildirib.
Mədəniyyət naziri M.Regev fələstinlilərlə problemin həlli yolunun İsrailə ziyan vurulmaması olduğunu ifadə edib.
Qeyd edək ki, Donald Tramp İsrail-Fələstin münaqişəsi ilə bağlı “deyəsən, iki dövlətli həll yolu ən yaxşıdır” şəklində münasibət bildirmişdi.
Nurlan AĞA
AzNews.az