İt azyaşlını dodağından dişlədi

27 Sentyabr 2018 19:15 (UTC+04:00)

Hadisə rayonun Astrxanovka kəndində qeydə alınıb.

Belə ki, bu gün səhər saatlarında kənd sakini, 2015-ci il təvəllüdlü Bəxtiyar Orxan oğlu Mustafayev it dişləməsi xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Xəstəxanadan bildirilib ki, it B.Mustafayevin üst dodağını dişləyib. Onun dodağına iki tikiş qoyulub. Körpəyə digər lazımi tibbi yardımlar göstərildikdən sonra quduzluq əleyhinə peyvənd vurularaq ambulator müalicə almaq şərtilə evə buraxılıb.(report.az)

AzNews.az