Qayın yeznəsini baltaladı - Lənkəranda dəhşət

27 Sentyabr 2018 19:37 (UTC+04:00)

Rayonun Vilvan kənd sakini Mahir Əzimov yaşadığı həyətdə yeznəsi, Lənkəran şəhər sakini Sakit Yusubovu ailə münaqişəsi zəminində balta ilə qətlə yetirib. M.Əzimov polisə könüllü təslim olub.

Hadisə S.Yusubovun qayınatasının evində baş verib. O, özü də həyat yoldaşı ilə birlikdə bu evdə yaşayıb.

Kənd sakinlərinin sözlərinə görə, M.Əzimov bir müddət əvvəl həbsdən azad edilib.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az