Malidə partlayış - 8 nəfər öldü

27 Sentyabr 2018 19:46 (UTC+04:00)

Partlayış nəticəsində Mali Silahlı Qüvvələrinin 7 əsgərinin və 1 dinc sakinin öldüyü bildirilir.

Partlayış xəbərini ölkənin Müdafiə Nazirliyi təsdiq edib.

Məlumata görə, iki hərbi maşın partlayıcı qurğu vasitəsilə partladılıb. Ölən dinc sakinin də maşınlardan birininin sürücüsü olduğu qeyd edilir.(trend.az)

AzNews.az