Verilişin prodüseri Tomas Holl televiziyanın sosial media hesabında etdiyi açıqlamada buna görə istəyib:
“Yanlış anlaşılmaya görə özünü alçalmış hiss edən çinlilərdən səmimi şəkildə üzr istəyirik”.
Qeyd edək ki, veriliş yayımlandıqdan sonra Çin Xarici İşlər Nazirliyi İsveçə rəsmi olaraq etirazını bildirmiş, SVT-dən üzr istəməsini tələb etmişdi.
Xatırladaq ki, İsveçin paytaxtı Stokholmda iki həftə əvvəl üç turistin rezervasiyadan 5 saat əvvəl hotelə gəlməsinə görə mübahisə çıxıb. Hotel işçilərinin xahişi ilə polislərin çinli turistləri hoteldən çıxarması iki ölkə arasında diplomatik gərginliyə səbəb olub. Bu hadisə SVT-də alçaldıcı ifadələrlə lağa qoyulub.(qafqazinfo.az)
AzNews.az