Borc müqabilində 6 yaşlı qızlarını satırlar

2 Aprel 2013 07:10 (UTC+04:00)
Əfqanıstanda qaçqın düşərgələrində yaşayan ailələr borcları müqabilində 6 yaşlı qızlarını borclulara satmaq məcburiyyətində qalır. Bu barədə "NewYork Times" qəzetində "Əfqan borcu üçün acı ödəmə: 6 yaşlı qız" başlıqlı yazıda qeyd olunub.

Kabildəki bir düşərgədən hazırlanan reportajda qeyd olunur ki, xanımının müalicəsi və 9 uşağının xəstəxana xərcləri üçün borc alan Tac Məhəmməd 2500 dolları ödəyə bilmədiyi üçün 6 yaşlı qızını satmaq məcburiyyətindədir. Qızı Nəğməni borc aldığı şəxsin 17 yaşlı oğluna satmalı olan ata qızının hələ başına nələr gələcəyindən xəbərsiz olduğunu deyib:

"Əgər Nəçməyə pis davransalan onlardan birini öldürməliyəm. Nığmə hələ çox kiçikdir. Biz onu buna görə "pişik balası" çağırırıq. Əgər o evə getsə yaxında öləcəyini bilirəm, çünki bizim verdiyimiz sevgini o ailə ona verə bilməz".

Düşərgədəki digər qız ataları da aldıqları borcları qızlarını sataraq ödəyirlər.

Elnarə
AzNews.az