Azərbaycan şahmatçıları Ermənistan yığması ilə qarşılaşacaq

27 Sentyabr 2018 23:15 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, bunlar müvafiq olaraq, Ermənistanla Yunanıstan komandalarıdır.

V turun hər iki görüşü sentyabrın 28-də keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Dörd turdan sonra 8 xala və daha yaxşı göstəricilərə malik Azərbaycanın kişilərdən ibarət komandası 1-ci pillədə qərarlaşıb. Qadın millisi isə 6 xalla 13-cüdür.

Bu gün kişilərdən ibarət yığma İngiltərəyə 3,5:0,5 hesabı ilə qalib gəlsə də, qadın millisi ABŞ-a uduzub - 1,5:2,5.

AzNews.az