Müsəlman uşaqların oxuduğu məktəb yandı: 13 ölü

2 Aprel 2013 07:15 (UTC+04:00)
Myanmanın keçmiş paytaxtı Yanqonda müsəlman uşaqların oxuduğu internat məktəbdə başlayan yanğın 13 nəfərin ölümünə səbəb olub. APA bu barədə Frans Press-ə istinadən məlumat verir. Ölənlərin əksəriyyəti uşaqlardır.

Polisin məlumatına görə, yanğın səhər tezdən uşaqların əksəriyyəti yatarkən başlayıb. Ümumilikdə yanğın zamanı məktəbin ərazisində 70 nəfər olub.

İlkin məlumata görə, yanğına qısa qapanmanın səbəb olduğu güman edilir.

AzNews.az