“Azərbaycan və Rusiya aqrar sektorda sıx əməkdaşlıq edir” - Orxan Məmmədov

28 Sentyabr 2018 00:00 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbəri Orxan Məmmədov deyib.

O qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında kiçik və orta biznes sahəsində əməkdaşlığın əsas istiqamətlərinə kənd təsərrüfatı, yüngül sənaye, informasiya-kommunikasiya sahəsi, ağır sənaye və turizm daxildir. Tədbirdə kənd təsərrüfatı, o cümlədən halal ət məhsullarının istehsalı sahəsində sıx əməkdaşlıq yarandığı qeyd olunub, bu məhsulun ixrac imkanları müzakirə edilib.

AzNews.az