Mikroavtobus yük maşını ilə toqquşdu - 8 nəfər yaralandı

28 Sentyabr 2018 07:25 (UTC+04:00)

Hadisə saat 06:30 radələrində rayonun Polad Toğayı kəndi ərazisində baş verib.

Qəza nəticəsində 8 nəfər xəsarət alıb. Əksəriyyəti qadın olan yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az