“İraq gözəli” maşınında güllələndi

28 Sentyabr 2018 07:40 (UTC+04:00)

Bu barədə ölkənin səhiyyə xidmətinin rəhbəri Ər-Rasaf Kasəm Əbdül Hadi bildirib: “Tara Faresin cəsədi şeyx Zeyd xəstəxanasına gətirilib. Onun üzərində 3 güllə yarası olub: ikisi başından, üçüncüsü sinəsindən”.

İraqın Daxili İşlər Nazirliyindən 30 yaşlı modelin ölümü ilə bağlı tədqiqatlara başlanıldığı bildirilib.

Qeyd edək ki, 2015-ci ildə “İraq gözəli” seçilmiş Tara bir müddət Avropada olduqdan sonra yenidən ölkəsinə qayıdıb. O, sosial şəbəkələrdə açıq-saçıq fotoları ilə də məşhurdur. (qafqazinfo.az)

AzNews.az