AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Samsun polis bölməsinin cinayət şöbəsində işləmiş Yalçın Ağca iki il əvvəl xəstəxanaya gedərək, beş dişini çəkdirib.
Bir müddət sonra onun halı pisləşib, xəstəxanaya aparılıb və təzədən evə göndərilib. Lakin vəziyyəti yenidən pisləşən Ağca xəstəxanaya getdikdən sonra reanimasiyaya yerləşdirilib və 20 gün sonra ölüb.
Onun arvadı İlknur Ağca iddia edir ki, ərinin yoldaşının ölümünə səbəb dişini çəkdirdiyi xəstəxananın məsuliyyətsizliyi olub.
Araşdırma nəticəsində isə həkimlərin məsuliyyətsizliyi təsdiqlənməyib.
Buna rəğmən, İlknur Ağca yoldaşının hələ də dişini çəkdirməsinə görə öldüyü fikrindədir.
Nurlan AĞA
AzNews.az