“Ötən bi ildə 195 işçi xidməti qaydada həvəsləndirilib, 5 nəfər prokurorluq orqanlarından xaric olunub” - Baş prokuror

28 Sentyabr 2018 10:19 (UTC+04:00)

Bunu Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov yazdığı məqalədə bildirib.

“Bu dövrdə prokurorluq işçilərinin xidməti fəallığının və məsuliyyət hissinin artırılması istiqamətində zəruri tədbirlər həyata keçirilib, kadrlarla iş sahəsində görülən tədbirlər nəticəsində tələbkarlıq daha da artıb, əmək və icra intizamına nəzarət gücləndirilib, fəaliyyətlərində qanunsuzluq hallarına, xidməti intizamın pozulmasına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol vermiş prokurorluq işçilərinə münasibətdə prinsipiallıq mövqeyindən yanaşılıb”, - Baş prokuror qeyd edib. (report)

AzNews.az