AzNews.az xəbər verir ki, təlim 6 oktyabr 2018-ci il tarixində Kapital Bank-ın İnsan Kapitalı Akademiyasında keçiriləcək təlimdə iştirakçılar “Emosional intellekt nədir?", "Duyğular həyatımızda nə kimi əhəmiyyətə sahibdir?" və s. kimi suallara cavab tapacaqlar.
“Üçüncü Bahar” təşəbbüs qrupunun əsas məqsədi təqaüd yaşına çatmış insanları bir mərkəzdə toplayaraq, onların asudə vaxtlarının dəyərləndirilməsi, ahıl vətəndaşların ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakını, onların təhsil və məşğulluq imkanlarını təmin etməklə müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etməkdir.
Qeyd edək ki, emosional intellekt (EQ- Emotional Quotient) psixologiya elminin vacib anlayışlarındandır. EQ özünü dərk, emosiyaları idarə etməyi bacarmaq, güclü və zəif tərəflərini bilmək, özünü motivasiya etmək, empatiya, dəyişən situasiyalara uyğunlaşmaq, ətraf ilə münasibətləri düzgün tənzimləmək və s. kimi bir neçə xüsusiyyətdən ibarətdir.
Təlimdə iştirak etmək istəyənlər (055) 706-20-18, (070) 706-20-18 və ya (012) 425-55-23 nömrəsinə zəng vurub, qeydiyyatdan keçə bilərlər.
Səidə Nurməmmədli,
AzNews.az