Məşhur stilist 3 ildə 20 evlənmə təklifi alıb

28 Sentyabr 2018 11:29 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Cem Çelebi ilə 3 ildir, birlikdə olan stilist 3 ildə 20 dəfə evlilik təklifinə “yox” deyib. İvana Sert ilk evliliyini bitirdikdən sonra bir daha ailə qurmayacağına söz verib.

Qeyd edək ki, stilist 2006-cı ildə türk iş adamı Yurdal Sertlə evlənib, onların evlilikləri 2013-cü ildə bitib, bir oğulları var.

Nigar CƏFƏR
AzNews.az