İrandan İsrailə cavab: Şou göstərməyin!

28 Sentyabr 2018 11:51 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif öz Twitter hesabından paylaşım edib. O qeyd edib ki, bunlar İsrailin göstərdiyi şoudur.

Zərif İsrailin regionda atom silahları və açıqlanmamış nüvə silahı proqramına sahib tək ölkə olduğunu vurğulayıb.

İran XİN rəhbəri bildirib ki, İsrail araşdırma üçün beynəlxalq müfəttişlərə qapı açmalıdır.

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının Nyu-Yorkdakı 73-cü iclasındakı çıxışı zamanı Tehranın yaxınlarında gizli nüvə reaktoru olduğunu bildirib.

Nurlan AĞA
AzNews.az