AzNews.az “Yeni Asır” qəzetinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya rəsmi səfərdən öncə kansler Angela Merkelə həmin siyahını təqdim edib.
MİT-in siyahısında terrorçuların adları ilə yanaşı, onların ünvanları, yaşadıqları bina və fotoları da yer alıb.
Siyahıda Adil Öksüz, Can Dündar, Zəkəriyyə Öz kimi şəxslərin adları var.
Qeyd olunur ki, Ərdoğan MİT-in siyahısındakılarla bağlı Merkellə müzakirə aparacaq və onların geri qaytarılması, ya da başqa ölkəyə göndərilməsini tələb edəcək.
Nurlan AĞA
AzNews.az