Marixuana yetişdi, arzuları isə yox - Hüseynov tutuldu

28 Sentyabr 2018 12:49 (UTC+04:00)

AzNews.az DİN-ə istinadən xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbə sakini Novruz Hüseynov tutulub. Axtarış zamanı onun həyətyanı sahəsindən çəkisi 1 kiloqram 150 qram marixuana və kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Bahar RÜSTƏMLİ

AzNews.az