Konor Makqreqorla Həbib Nurməhəmmədovun döyüşü “CinemaPlus”da

28 Sentyabr 2018 13:23 (UTC+04:00)

AzNews.azın verdiyi xəbərə görə döyüş UFC çempionları irlandiyalı boksçu Konor Makqreqor və dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasında keçiriləcək.

UFC-229 turniri Las-Veqasdakı “Ti-Mobayl-arena”da baş tutacaq.

Konor Makqreqor isə yarım-yüngül və yüngül çəki üzrə çempiondur. O, karyerası boyu 21 döyüş keçirib, üçündə məğlub olub.

Həbib Nurməhəmmədov isə UFC-nin yüngül çəki üzrə hazırkı çempionudur. Karyerası boyu 26 peşəkar döyüş keçirib və heç birində məğlub olmayıb.

Biletlərin qiyməti 10 AZN, VIP isə 20 AZN təşkil edir.

AzNews.az