“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişiklik edilir

28 Sentyabr 2018 14:49 (UTC+04:00)

Mövcud dəyişikliklər “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2017-ci il 1 dekabr tarixli Qanuna uyğunlaşdırılma məqsədi daşıyır.

Qanun layihəsinə əsasən, hərbi qulluqçular və hərbi vəzifəlilər (əsgər, matros hərbi rütbəsinə malik olanlar istisna olmaq) ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq onlara verilmiş hərbi rütbədən məhrum edilərək əsgər (matros) rütbəsinə endirilə bilər.

Eyni zamanda, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahli Qüvvələrinin İntizam Nizamnaməsi”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla həqiqi hərbi xidmətdən ehtiyata buraxılır. (ikisahil.az)

AzNews.az