Vergilər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, görüşdə vergi siyasəti və vergi inzibatçılığı sahəsində aparılan islahatlar, eləcə də ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Bildirilib ki, Azərbaycan beynəlxalq iqtisadi və maliyyə qurumları ilə, o cümlədən Beynəlxalq Valyuta Fondu ilə sıx əməkdaşlıq edir və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Fondun gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
AzNews.az