Saxta puldan istifadə edən azərbaycanlı saxlanıldı - Rusiyada

28 Sentyabr 2018 17:48 (UTC+04:00)

Rus mətbuatında dərc edilən xəbərə görə, bu barədə Mordoviya Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycanlı iki ticarət mərkəzində saxta pulla məhsul alıb. Onlardan birinin satıcısı vaxtında bu barədə polisə məlumat verib. O, müştərinin əlamətləri barədə polisi məlumatlandırıb. Saxlanılan Azərbaycan vətəndaşının üzərində 5 min rubl saxta pul aşkar edilib.

Hadisə ilə bağlı istintaq başladılıb.

AzNews.az