İcra başçısı daha bir məmuru işdən çıxardı

28 Sentyabr 2018 18:06 (UTC+04:00)

AzNews.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev əmr imzalayıb.

Həmin vəzifəyə Cümşüdov İntiqam Şirin oğlu təyin edilib.

Xatırladaq ki, iyunun 6-da Prezident İlham Əliyevin sərəncamı ilə Elxan Allahverdiyev Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. E.Allahverdiyevdən öncə icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov idi.

AzNews.az