Bölgənin Daxili Təhlükəsizlik Qüvvələrinin komandanı general Məhəmməd Qənbəri bildirib ki, operativ məlumatlar əsasında həyata keçirilmiş əməliyyat nəticəsində İranşəhrə daxil olan yük avtomobili saxlanılıb. Avtomobilə baxış keçirilib və yük yerində 1 ton 621 kiloqram tiryək, 23 kiloqram heroin, 5 kiloqram həşhiş və 20 kiloqram digər narkotik maddələr aşkar olunaraq müsadirə edilib.
General diqqətə çatdırıb ki, baş vermiş hadisə ilə əlaqədar həbs olunanlar var, cinayət işi açılıb və istintaq aparılır. “Məqsədimiz narkotik maddələrin kimlərə çatacağını müəyyənləşdirməkdir”,- deyən M. Qənbəri bildirib ki, qaçaqmalçılar narkotik maddələri Avropaya göndərmək istəyində olublar.(AZƏRTAC)
AzNews.az