“Ukrayna Avro-Atlantik inteqrasiyanın uğuruna inanır” - Poroşenko

28 Sentyabr 2018 22:25 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Petro Poroşenko ABŞ Sahil Mühafizəsində Ukraynaya iki patrul gəmisinin təqdim edilməsi mərasimində çıxışı zamanı söyləyib.

O bildirib ki, ABŞ-ın bu jesti Ukraynanın müdafiə imkanlarının gücləndirilməsinə yönəlik addım kimi qiymətləndirilməlidir. Prezident vurğulayıb ki, Ukraynanın əsas məqsədi NATO-ya üzv olmaqdır və cəmiyyət Avro-Atlantik inteqrasiyanın uğuruna inanır.

AzNews.az