İranda öz əsgərlərini İsrail hərbçiləri ilə səhv saldılar - Qalmaqal

28 Sentyabr 2018 23:10 (UTC+04:00)

Hadisə Şiraz şəhərində baş verib.

Yerli sakinlər posterdə əks olunan əsgərlərin İsrail ordusunun hərbi geyimində olduqlarını, əllərində isə ABŞ istehsalı olan M16 tüfənglərinin olduğunu görüblər. Hətta orijinal fotoda qız da olub.

Şəhər rəhbərliyi artıq məsələ ilə bağlı araşdırma aparılması barədə göstəriş verib.

Əslində poster İran-İraq müharibəsində həlak olan iranlı əsgərlərin xatirəsinə həsr olunmalı idi.(oxu.az)

AzNews.az