Elmar Məmmədyarov Nyu-Yorkda XİN başçıları ilə görüşüb

29 Sentyabr 2018 09:13 (UTC+04:00)

XİN-dən AzNews.az-a verilən məlumata görə, görüş sentyabrın 28-də ABŞ-ın Nyu-York şəhərində keçirilən BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub.

Görüşlər zamanı nazirlər siyasi əlaqələrinin cari vəziyyətini yüksək qiymətləndiriblər və təhsil, turizm və digər sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğunu bildiriblər. Həmçinin tərəflər qarşılıqlı yüksək səviyyəli səfər mübadiləsinin münasibətlərin inkişafı baxımdan əhəmiyyətini vurğulayıblar.

Eyni zamanda görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri və ikitərəfli gündəliklərdə duran bəzi məsələlər müzakirə olunub.