Feysbukda 50 milyon profil TƏHLÜKƏDƏ

29 Sentyabr 2018 10:01 (UTC+04:00)

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü şirkətin saytında dərc olunan məlumatda deyilir.

"Çərşənbə axşamı, sentyabrın 25-i, günün ikinci yarısında, bizim mühəndis heyətimiz təhlükəsizliklə bağlı təqribən 50 milyon hesaba aid olan problem aşkar edib", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, insidentin araşdırılması ilkin mərhələdədir. Hazırda şirkətdə əmindirlər ki, canilər "Facebook" kodunda istifadəçilərə profillərinin digər istifadəçilər tərəfindən necə göründüyünə baxmağa imkan verən funksiyaya təsir edən zəiflikdən istifadə ediblər.

Məlumatda bildirilir ki, şirkət zaifliyi artıq aradan qaldırıb və ölkənin hüquq-mühafizə orqanlarını baş verənlər barədə məlumatlandırıb.

"Facebook" həmçinin əlavə edib ki, "Necə görünür" funksiyası hazırda şirkət tərəfindən təhlükəsizlik tədbirləri ilə bağlı aparılan yoxlamalarla əlaqədar olaraq işləmir.