ABŞ İraqdakı konsulluğunu bağlayır

29 Sentyabr 2018 10:17 (UTC+04:00)

Publika.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hizer Noyert deyib.

"Dövlət katibi Mayk Pompeo əməkdaşların Bəsrədəki konsulluğu tərk etməsi barədə sərəncam verib", - deyə o əlavə edib.

Noyert həmçinin qeyd edib ki, ABŞ-ın Bağdaddakı səfirliyi Bəsrə və onun ətrafında olanlara konsulluq xidməti göstərəcək.