"Qərbi Nil" 31 can aldı - Yunanıstanda gərginlik

29 Sentyabr 2018 10:27 (UTC+04:00)

Trend-in məlumatına görə, ümumilikdə ölkədə 271 nəfər bu xəstəliyə tutulub.

Bu, hələ sentyabrın 27-nə olan məlumatdır. Təkcə sentyabrın 20-dən "Qərbi Nil" 37 nəfəri cənginə alıb, onlardan dördü ölüb.

Xatırladaq ki, "Qərbi Nil" qızdırması ilk dəfə 2010-cu ildə Yunanıstanda qeydə alınıb. 2010-2014-cü illərdə bu xəstəlikdən 80 nəfər dünyasını dəyişmişdi. Xəstəlik ağcaqanadlar vasitəsilə yayılır.