Türk kəşfiyyatının ələ keçirdiyi terrorçu danışdı – 8 nəfərə həbs

29 Sentyabr 2018 11:54 (UTC+04:00)

AzNews.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Ankara Cümhuriyyət Baş İstintaq idarəsi Y.Nazikin ifadəsinə əsasən, səkkiz nəfər haqqında saxlanma ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, 2013-cü il mayın 5-də Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonunda 53 nəfərin ölümü ilə nəticələnən partlayış törədilib. Ə. Nazik terror aktının təşkilatçılarından biridir. Hadisədən soonra Ə. Nazik Suriyaya qaçıb, indiyədək orada gizlənib.

Nurlan AĞA
AzNews.az