“Fikirlərim yanlış anlaşılıb”

2 Aprel 2013 09:09 (UTC+04:00)


Dünən AzNews.az-da yayımlanan və böyük rezonansa səbəb olan "Polad Bülbüloğlunun anasından karifeylərimiz haqda sərt açıqlamalar" başlıqlı yazıyla bağlı redaksiyamızla əlaqə saxlayan Adelaida Məmmədova bəzi fikirlərinin əməkdaşımız tərəfindən yanlış anlaşıldığını bildirdi: "Yazıda əks olunan bəzi fikirlərlə razılaşmıram, bunlar mənim sözlərim deyil".

Əməkdaşımızın Adelaida xanıma ünvanladığı suallara isə onun cavabı çox qısa olub: "Hazırda xəstəyəm və hər hansı məsələylə bağlı açıqlama vermək niyyətində deyiləm. Xahiş edirəm, o yazını çıxarın".

AzNews.az