İndoneziyada zəlzələ və sunamidən ölənlərin sayı 384-ə çatdı
29 Sentyabr 2018 12:16 (UTC+04:00)
Trend-in məlumatına görə, həmçinin itkin düşənlərin olduğu deyilir.
Təbii fəlakət nəticəsində ölənlərin sayının arta biləcəyi ehtimal olunur.
Xatırladaq ki, ötən gün Sulavesi adasında 6.1 bal gücündə zəlzələ baş verib. Bunun ardınca bir neçə afterşok qeydə alınıb, ən güclüsü 7.4 bal gücündə olub.