“Kitabçı” təqdim edir - Kimləri oxumalı? - Video

29 Sentyabr 2018 12:48 (UTC+04:00)

AzNews.az-ın verdiyi xəbərə görə, o, bir il ərzində oxuduğu beş kitab barədə danışıb.

Mirmehdi Ağaolunun seçimi ötən il ədəbiyyat üzrə Nobel mükafatı laureatı Kazuo İşuquronun “Məni əsla tərk etmə”, Buker mükafatı sahibi Culian Barnsın “10 ½ bölümdə dünya tarixi”, türk ədəbiyyatından Murat Menteşin “Dublyorun Dilemması”, Azərbyacan ədəbiyyatından Şərif Ağayarın “Ağ göl” və Səfər Alışarlının “Quraq fəsillər” kitabları olub.

Xatırladaq ki, “Kitabçı”da qonaq şəxs oxuduğu və özünün ən çox bəyəndiyi 5 kitabı tamaşaçılara təqdim edir, kitablar haqqında məlumat verir və tövsiyyə edir.

Layihənin məqsədi insanlarda mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasıdır.

“Kitabçı” layihəsinin ikinci buraxılışını təqdim edirik.

AzNews.az