Qətərdə keçiriləcək futbol üzrə “Dünya Kuboku - 2022”nin qrup qarşılaşmalarında heç-heçə nəticə aradan qaldırılacaq. 90 dəqiqəlik futbol matçının nəticəsində bərabərə qalan oyunlarda penaltilər hərəkətə keçəcək.
Penaltidə qalib gələcək komanda 2, uduzan isə 1 xal qazanacaq.
Dəyişikliyin səbəbi qrupun son qarşılaşmasında iki komandanın bərabər hesabda olaraq, növbəti tura çıxmasının qarşısını almaqdır.
Qeyd edək ki, 2018-ci ildəki Dünya Kubokunda Fransa və Danimarkanın eyni hesabla qrupdan çıxması, İngiltərə və Belçika arasındakı mənasız qarşılaşma kimi məsələlər müzakirə mövzusuna çevrilmişdi.
Nurlan AĞA
AzNews.az