Yuxarı Qarabağ kanalında təhlükənin qarşısı alınıb

29 Sentyabr 2018 14:29 (UTC+04:00)

"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin Yuxarı Qarabağ kanalı istismar idarəsinin rəisi Şakir İmanov bildirib ki, kanalın altında olan köhnə kəhrizin üstü yuyulub açılıb. Nəticədə kanalın suyu sağ sahil boyunca yerləşən kollektora axmağa başlayıb. Görülən operativ tədbirlər nəticəsində suyun yuyub açdığı ərazi bərpa edilib, əhaliyə, kənd təsərrüfatına, yaxınlıqdan keçən kommunikasiya xətlərinə heç bir ziyan dəyməyib.

Hazırda kanalda və kollektorda təmir-bərpa, sahilbərkitmə işləri davam etdirilir, yuyulan hissələr əvvəlki layihə ölçülərinə qaytarılır. (AZƏRTAC)

AzNews.az