İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi: Danışıqlar əvəllki formatda davam etdiriləcək

29 Sentyabr 2018 14:52 (UTC+04:00)

AzNews.az Prezidentin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.

Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.

AzNews.az