Bərdədə yol qəzası baş verib - Xəsarət alanlar var

29 Sentyabr 2018 16:14 (UTC+04:00)

Belə ki, "VAZ-2106" və "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ"da olan iki sərnişin - 1993-cu təvəllüdlü Lamiyə Şəfa qızı Ağayeva və Nazilə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.