Yük maşınının sürücüsü tutulub - Qadın və nəvələrini vurmuşdu

29 Sentyabr 2018 16:21 (UTC+04:00)

AzNews.az-ın xəbərinə görə, bu barədə Baş Polis İdarəsi və şəhər prokurorluğunun yaydığı birgə məlumatda qeyd olunur.

Qeyd edək ki, Bakı şəhər sakini 1956-cı il təvəllüdlü İmanov Tərlan Cəmil oğlu idarə etdiyi “ZİL-130” markalı, 10-GL-195 dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonu, Şəhər şosesi küçəsində hərəkətdə olarkən piyada keçidində 1952-ci il təvəllüdlü Gülü Salmanovanı, habelə onun nəvələri 2008-ci il təvəllüdlü Əfqan Məmmədov və 2009-cu il təvəllüdlü Aygün Məmmədovanı vurub.

Hadisə nəticəsində zərərçəkmişlər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmiş, G.Salmanova və A.Məmmədova aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişlər.

Fakta görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

İş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilmiş, şahidlərin və sürücünün ifadəsi alınmış və digər zəruri istintaq hərəkətləri yerinə yetirilmişdir.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

AzNews.az