Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verib.
Lavrov dünənki mətbuat konfransında "S-300-lər Suriyaya gəlməyə başladı", - deyib. 24 sentyabrda Rusiya müdafiə naziri Sergey Şoyqu "İl-20" təyyarəsinin vurulmasından sonra Rusiyanın Suriyadakı əsgərlərinin təhlükəsizliyini artırmaq tədbirləri çərçivəsində "S-300"-lərin Suriyaya verilməsi də daxil olmaqla, bir sıra tədbir görəcəklərini bildirmişdi.